Madridin “Real” klubuna yeni baş məşqçi təyin olunan Zinəddin Zidan klub prezidentinin qarşısına bir neçə şərt qoyub. 

Offsideplus.az xəbər verir ki, fransalı çalışdırıcının şərtlərindən biri yeni mövsüm Nqolo Kantenin “kral klubu”na transfer edilməsi olub. İngiltərə mətbuatının verdiyi məlumata görə, klub prezidenti Florentino Perez Zidana bu transferi gerçəkləşdirəcəyinə dair söz verib.

Qeyd edək ki, Zinəddin Zidan ötən gün “Real” ilə 2022-ci ilə qədər yeni müqavilə imzalayıb.(korner.az)