"Barselona" yarımmüdafiəçisi İvan Rakitiçlə bağlı qərarını dəyişib.
Offsideplus.azın xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu onu satmaq fikrindən daşınıb.
Rəhbərlik Xorvatiya millisinin üzvü ilə yeni müqavilə məsələsində danışıqlara başlayıb. Hətta tərəflərin yeni sazişə yaxın olduqları və ilkin razılığa gəldikləri vurğulanıb. Hazırkı müqaviləsi 2021-ci ilin yayına qədər olan Rakitiç tezliklə bu müddəti uzadacaq.
Qeyd edək ki, İvan Rakitiçin keçidində ən çox maraqlı olan klub "İnter"di.