İspaniya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Barselona” ilə keçirilən cavab oyununda zədələnən “Real”ın futbolçusu Rafael Varanın durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçunun zədəsi ciddi deyil. O, La Liqanın 26-cı turunda “Real”la keçiriləcək görüşdə meydana çıxa bilər. Müdafiəçi komandanın son məşqində iştirak edib.
Qeyd edək ki, sabah keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.