“Barselona” klubu hazırda “Mançester Yunayted”də çıxış edən Markus Reşfordu heyətinə qatmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi ingiltərəli futbolçunu transfer etmək üçün 100 milyon avro xərcləməyə hazırdırlar. "MY"nin bu məsələyə münasibəti hələlik bəlli deyil.

Ancaq yayılan digər xəbərə görə, 21 yaşlı hücumçu özü yetirməsi olduğu “qırmızı şeytanlar”da qalmaq istəyir. Onun klubu ilə 6 illik müqavilə imzalayacağı da iddia edilir.