"Real" yayda komandadan ayrılacağı iddia edilən Marselonun əvəzləyəcək futbolçu  axtarışına başlayıb.

Offsideplus.az-ın İspaniya mətbuatına istinadən  yaydığı xəbərə görə,  sabiq  komanda yoldaşı Kriştiano Ronaldonun çıxış etdiyi "Yuventus"a keçəcəyi gündəmdə olan braziliyalı müdafiəçinin yerinə Madrid klubu bir neçə oyunçu ilə danışıqlar aparmağı planlaşdırır.

"Real"ın siyahısında Aleks Sadro ("Yuventus"), David Alaba ("Bavariya"), Markos Alonso ("Çelsi"),  Benjamin Mendi ("Mançester Siti") və Rafael Qerreyro ("Borussiya" Dortmund)  yer  alıb. "Kral klubu"un bu futbolçulardan birini transer etmək  istədiyi bildirilir.