Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb.
Yeni müqaviləyə əsasən argentinalı mütəxəssis 2022-ci ilin yayına qədər Madrid klubunu çalışdıracaq.
Qeyd edək ki, 2011-ci ildən Simeonenin rəhbərliyi altında çıxış edən komanda bu müddət ərzində İspaniya La Liqasının, İspaniya kubokunun, İspaniya Superkubokunu, iki dəfə Avropa Liqasının, iki dəfə isə UEFA Superkubokunun qalibi olub.