İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Atletiko" - "Real" matçında Qaret Beylin qoldan sonra etdiyi təhqiramiz hərəkətlə bağlı araşdırma aparır. 

Offsideplus.az xəbər verir ki, La Liqadan federasiyaya təqdim edilən izahata görə, bir neçə müddəa üzrə cəzaların tətbiq olunması ehtimal daxilindədi. Beylin "Atletiko" azarkeşlərini provakasiyaya cəlb etdiyinə dair qərar verilsə, uelsli futbolçunu 4-12 oyun arası diskvalifikasiya gözləyir. Əks halda, cəza minimum 1, maksimum 3 görüşlük olacaq.

Madrid derbisinin hakimi Martines Munuer Qaret Beylin hərəkətini görməyib. Oyunun protokolunda bu barədə qeyd yoxdur.(sport7.az)