“Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya klubunda işini davam etdirməyə qərar verib. 

Offsideplus.az xəbər verir ki, ötən ay gələcək karyerasını Kataloniyada davam etidərəcyinə şübhə ilə yanaşdığını bildirən mütəxəssis artıq fikrini dəyişib.

Mövsümün sonunda müqaviləsi başa çatacaq ispaniyalı ilə həmin vaxt yeni anlaşma imzalanmalıdı. 2017-ci ilin mayında “Barselona”nın “sükanı arxası”na keçən Valverde klubla çempionluq, kubok və Superkubok qazanıb.

Qeyd edək ki, kataloniyalılar İspaniya çempionatının cari mövsümündə də turnir cədvəlinə başçılıq edir.