"Barselona" klubunun yarımmüdafiəçisi İvan Rakitiç daha bir klubun maraq dairəsinə düşüb.
Offsideplus.az xəbər verir ki, "İnter" 30 yaşlı futbolçunu transfer etmək istəyir. Xorvatiya millisinin üzvü ilə “Çelsi” və PSJ də yaxından maraqlanır.
Qeyd edək ki, İvan Rakitiçin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.