“Çelsi”dən ayrıldıqdan sinra işsiz olan Antonio Konte açıqlama verib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis “Real”da işləməkdən imtina etdiyini etiraf edib:

“Keçən ilin oktyabrında “Real”dan təklif aldım. Həmin vaxt klub “isti kartof” kimi idi. Bu təklifdən imtina etməyimin daha yaxşı olduğunu düşündüm. Şans var idi, amma mövsümün ortasında komandaya keçməyi sevmirəm, mövsümün əvvəli gəlməyi daha üstün tuturam”.

İtaliyalı mütəxəssis gələcəyi ilə bağlı da danışıb:

“Gələcək karyerama gəlincə, mən yaza qədər heç bir yerdə çalışmayacam. Bu gün hansısa təklif yoxdur. Gələcəyim barədə sakit qərar vermək istəyirəm”.