İcarə əsasında “Çelsi”dən “Atletiko”ya keçən Alvaro Morata, yeni komandasıyla bağlı açıqlama verib.

Offsideplus.az İspaniya klubunun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu xəyalının gerçəkləşdiyini deyib:

“Karyeramda bir xəyalım gerçəkləşdi. Balaca olduğum zaman bütün “Atletiko” əfsanələrini və La Liqada oynayan digər futbolçuları görürdüm. Burda olmaq mənim üçün çox vacibdir, çünki hər zaman “Atletiko”da oynamaq istəmişəm. Bu, mənim üçün xüsusi gündür.

“Atletiko”nu tanıyıram, klubun mənasını, dəyərini bilirəm. Komanda yoldaşlarımın da əksəriyyətini tanıyıram. Eyni zamanda, burda uğur qazanmaq üçün nə etmək lazım olduğunu da bilirəm. Karyeramda çox əhəmiyyətli bir addım atdığımı düşünürəm. Bu klub üçün oynamağa və mübarizə aparmağa hazıram”.