“Sevilya” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi “Napoli”dən Marko Roqu transfer etməyə yaxındır. Bu barədə “Sevilya” klubunun prezidenti Xose Kastro İspaniya mətbuatına açıqlamasında deyib:

“Hələlik iki yaxşı transfer etmişik. “Barselona”dan Munir Əl-Həddadini və “Ayaks”dan Maksimilian Voberi heyətimizə qatmışıq. Bir tərslik olmazsa, sabah da “Napoli”dən Marko Roqla müqavilə imzalayacağıq”.

2017-ci ildən “Napoli”də forma geyinən Roq, 16 dəfə də Xorvatiya millisinin uğurları üçün çalışıb.

23 yaşlı yarımmüdafiəçi cari mövsümdə A Seriyasında 9 qarşılaşmada iştirak edib və 1 qol vurub.