Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Sindzi Kaqava komandanı tərk edə bilər. 

Offsideplus.az xəbər verir ki, Kaqava karyerasını İspaniyada davam etdirmək niyyətindədir. Bu barədə yapon futbolçu özü məlumat verib: 
"Ol bilsin ki, indi klubu dəyişmək, yeni çağırış ardınca getmək üçün münasib vaxtdır. Mən başqa ölkəyə getməkdən çəkinmirəm.  Artıq Almaniya və İngiltərədə oynamışam. İndi isə İspaniya barədə düşünmək zamanıdır. Bu, mənim karyeramda ən vacib çağırış olacaq. İspaniyada oynamasam, karyeramı bitirə bilmərəm”.
Kaqava cari mövsümdə Bundesliqada cəmisi 2 oyunda meydana çıxıb.