Braziliya millisinin futbolçusu Marselo İspaniya “Real Madrid”ini tərk etmək niyyətindədir.

Offsideplus.az “Marca”ya istinadən xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi klub rəhbərliyindən transferə çıxarılmasını istəyib. Onun karyerasını sabiq komanda yoldaşı Kriştianu Ronaldunun formasını geyindiyi İtaliya “Yuventus”unda davam etdirməyi düşündüyü bildirilir.