"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Çelsi"nin hücumçusu Alvaro Moratanın Madrid klubuna mümkün keçidini şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 26 yaşlı oyunçunu hələ almadıqlarını edib: "Morata hələ "Atletiko"ya keçməyib. Bununla bağlı heç nə etmənişik. Əgər bu transferdə real nəsə olsa, deyəcəm. Mən hazırda Kaliniçə və digər futbolçularıma güvənirəm".
Qeyd edək ki, "Atletiko"nun Moratanı bu mövsümün sonuna kimi icarəyə götürəcəyi iddia olunur.(qol.az)