"Barselona”nın yeni transferi Frenki De Yonqun sərbəst qalma məbləği bəlli olub.
Offsideplus.az-ın məlumatına görə, bu barədə "Mundo Deportivo” nəşri xəbər yayıb.
Bildirilib ki, 21 yaşlı oyunçunu heyətində görmək istəyən klublar bunun üçün 400 milyon avrosundan keçməli olacaqlar.
Qeyd edək ki, "Barselona”ya yayda keçəcək futbolçu üçün kataloniyalılar "Ayaks”a 75 milyon avro ödəyəcək. Oyunçunun özü ilə isə 5 illik müqavilə imzalanıb.