“Real”ın futbolçusu İsko yayda klubu tərk edə bilər.
Offsideplus.az “As” nəşri nə istinadən xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi oyun praktikasının az olması səbəbindən komandadan ayrılmaq istəyir.
Santyaqo Solarinin baş məşqçi təyin olunmasından sonra əsasən ehtiyat oyunçular skamyasında əyləşən İskonun, Solarinin klubdan gedəcəyi təqdirdə, “Real”da qala biləcəyi bildirilir.
İskoyla “Mançester Siti” və “Yuventus” yaxından maraqlanır.
26 yaşlı yarımmüdafiəçi cari mövsümdə La Liqada 14 qarşılaşmada iştirak edib. Onun “Real”la 2022-ci ilə qədər müqaviləsi var.