"Barselona"nın yeni transferi Kevin-Prins Boatenq keçidinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, futbolçu uzun illər Kataloniya klubunda qalmaq istədiyini deyib. “Bilirəm ki, bura əsas heyət üzvü kimi gəlməmişəm. Bununla belə, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Komandaya köməyim dəyəcək. Çünki bütün mövqelərdə oynaya bilirəm. Sassuola-dan ayrılmaq məni kədərlənirdi. Bu klubda oynamaq xoşuma gəlirdi. Lakin əlimə düşən fürsəti qaçırmaq ağılsızlıq olardı. "Barcelona"ya “yox” deyə bilməzdim. Arzum reallaşdı. Ümid edirəm ki, “Santyaqo Bernabeu”da keçiriləcək növbəti “klasiko”da qol vuracağam”, - Boatenq bildirib.