İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Santyaqo Solari futbolçu Marselonu “11-lik”dən kənarlaşdırıb.

Offsideplus.az “Onda Cero”ya istinadən xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin 6 kq artıq çəkiyə malik olmasıdır. Braziliyalı oyunçu bu üzdən madridlilərin La Liqanın XX turunda “Sevilya”nı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyatda qalıb.

Marselo bu mövsüm meydana çıxdığı 11 çempionat oyununda 2 qol vurub və eyni sayda məshuldar ötürmə verib. “Real Madrid” hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.