İspaniya kubokunun 1/8 final mərhələsində “Levante”ni mübarizədən kənarlaşdıran “Barselona” rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, kataloniyalılar ardıcıl 22-ci kuboku duelində qalib olub.

Son 4 mövsümdə kuboku başı üzərinə qaldıran “Barselona” bununla yarışın tarixində ən yüksək nəticəyə imza atıb. Ernesto Valverdenin yetirmələri həm də qol vurduğu oyunların sayında rekorda yaxınlaşıb.

İspaniya klubu ardıcıl 38 matçdı meydanı qolsuz tərk etmir. Bu da klub tarixində 2-ci göstəricidi. 1944-cü ildə “Barselona” ardıcıl 44 oyunda qol sevinci yaşayıb.