“Sevilya” heyətini yeni hücumçuyla gücləndirib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi “Zalsburq”un forvardı Munas Dabburu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuyla 4 illik müqavilə imzalanıb.

İsrailli forvard 2019-cu ilin yayında “Sevilya”ya qoşulacaq. Dabbur mövsümün sonuna qədər “Zalsburq”da çıxış edəcək.

“Sevilya” qış transfer pəncərəsi dövründə “Ayaks”dan Maksimilian Veberi də heyətinə qatmışdı.