“Sevilya” heyətini yeni futbolçuyla gücləndirib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi “Ayaks”dan Maksimilian Veberi heyətinə qatıb. 20 yaşlı müdafiəçiylə 4 illik müqavilə imzalanıb. “Sevilya” Veber üçün “Ayaks”a 10,5 milyon avro ödəyəcək.
Veber cari mövsümdə "Ayaks"ın heyətində 16 qarşılaşmada iştirak edib.