“Sevilya” heyətini yeni futbolçuyla gücləndirib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi “Ayaks”dan Maksimilian Veberi heyətinə qatıb.  20 yaşlı müdafiəçiylə 4 illik müqavilə imzalanıb. “Sevilya” Veber üçün “Ayaks”a 10,5 milyon avro ödəyəcək.

Veber cari mövsümdə "Ayaks"ın heyətində 16 qarşılaşmada iştirak edib.