"Barselona" klubu "Mançester Yunayted"in transfer etmək istədiyi futbolçusu Filipp Koutinyonun qiymətini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu 140 milyon avro ödəyəcəyi təqdirdə, Kataloniya təmsilçisi braziliyalı yarımmüdafiəçini satacaq.

Qeyd edək ki, F.Koutinyo bu mövsüm 24 matçda 6 qol vurub, 4 qolun ötürməsini verib.