Madrid “Real”ının futbolçusu Mateo Kovaçiç karyerasını Avropada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə “Roma” yaxından maraqlanır.

Təcrübəli xavbeklə indidən danışıqlara başlayan “canavarlar” onu yayda heyətlərinə qatmağı planlaşdırırlar. Əslində, “Roma” bu keçidi ötən mövsümün sonunda həyata keçirmək niyyətində idi. Ancaq həmin vaxt İtaliya klubunun istəyi baş tutmamışdı. Bu dəfə danışıqlarda “Roma”nın idman direktoru Ramon Monçi iştirak edir. Bununla belə, Kovaçiç məsələsində son sözü “Real”ın baş məşqçisi Zinəddin Zidanın deyəcəyi bildirilir.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi La Liqanın cari mövsümündə cəmi 7 oyun keçirib.