İspaniya La Liqasının 18-ci turunda “Barselona” səfərdə "Xetafe"ni 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin qollarını Lionel Messi və Luis Suares vurub. Bununla da, Messi La Liqada qol sayını 16-ya, Suares isə 12-yə çatdırıb. Birlikdə 28 dəfə fərqlənən futbolçular İspaniyada 16 klubdan çox qol vurub. Messi ilə Suares cari mövsümdə La Liqada qol sayında "Real" və "Atletiko"nu da qabaqlayıb. Madrid təmsilçiləri 18 turdan sonra hərəyə 26 qol vurublar.
Bu mövsüm La Liqada yalnız "Sevilya" (31 qol) və "Levante" (30) qol sayında Messi ilə Suares cütlüyünü qabaqlayır.
La Liqada 40 xalla lider olan “Barselona” cari mövsümdə 50 qol vurub.