“Real” heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Mançester Siti” klubunun 19 yaşlı futbolçusu Brahim Diası transfer edib. İspaniyalı yarımmüdafiəçinin “Real”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.
“Real” bu transfer üçün 17 milyon avro ödəyib. Amma futbolçunun yeni komandasındakı performansından asılı olaraq, “Mançester Siti” daha 7 milyon avro gəlir əldə edə bilər. Bundan başqa, “Real” gələcəkdə Diası hansısa başqa kluba satmaq istəsə, İngiltərə təmsilçisi həmin qazancdan da 15 faiz paya sahib çıxacaq. Futbolçu özü isə Madrid klubunda ilinə 3,5 milyon avro qazanacaq.
Peşəkar karyerasına 2013-cü ildə məhz “Mançester Siti”də başlamış Brahim ötən mövsüm bu komanda ilə İngiltərə çempionu olub, eləcə də ölkə kubokunun və superkubokunun baş mükafatına sahib çıxıb.