Futbol üzrə İspaniya La Liqasının oyunlarında istifadə edilən topun ölçüsü kiçildilib.

Offsideplus.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytında bildirilib ki, topların ölçüsü 58-61 sm-dək azaldılacaq.

Qərar yanvarın 6-da qüvvəyə minəcək. Bu dəyişiklik İspaniyanın kişi və qadın futbolunda keçiriləcək bütün rəsmi yarışlara şamil olunacaq.

Qeyd edək ki, FIFA-nın mövcud standartlarına əsasən, futbol topunun dairəvi ölçüsü 68-70 sm olmalıdır. RFEF bu qərarı qəbul edərkən sorğuda iştirak edən bütün qapıçıların fikirlərini nəzərə alıb.