"Barselona" "Ayaks"ın futbolçusu Matteys De Liqti transfer etmək fikrindən daşınıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb 19 yaşlı müdafiəçinin agenti Mino Rayolanın oyunçunu ən yüksək maaş təklif edəcək kluba transferinin həyətə keçirmək istəməsidir. O, De Liqti almaq istəyən klublar üçün hərrac təşkil edəcək. Kataloniya təmsilçisi isə De Liqtə hazırkı maaşından artıq pul təklif etməyi düşünmür.

Qeyd edək ki, De Liqtlə "Yuventus"və "Bavariya"nın da maraqlandığı iddia olunur.