"Real" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Asensio sıradan çıxıb.

Futbolçu klublararası dünya çempionatının yarımfinal mərhələsində "Kaşima" ilə qarşılaşmada (3:1) zədələnib.

60-cı dəqiqədə sıradan çıxaraq, əvəzlənən 22 yaşlı oyunçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.