Hollandiya məhkəməsi "Adidas"la "Barselona"nın yarımmüdafiəçisi Rafinya Alkantara arasında yaşanan mübahisəni şirkətin xeyrinə həll edib.
Offsideplus.az xəbər verir ki, qərara görə, futbolçu adidas butslarını geyməlidir. Əks halda müqaviləni pozduğu hər gün 10 min avro cərimə ödəməlidir. Bununla belə, cərimənin ümumi həcmi 1 milyon avrodan çox olmamalıdır. Şirkət Rafinya ilə 2013-cü ildə 5 illik sponsorluq müqaviləsi bağlayıb. Bu ilin yayında müddət başa çatıb. Futbolçu ilə əlaqə saxlaya bilməyən şirkət, şərtlərə uyğun olaraq, müqaviləni avtomatik şəkildə daha 5 il artırmaq hüququndan yararlanıb. Futbolçu iddia edir ki, adidas tərəfdən onunla heç kim əlaqə saxlamayıb. Buna görə də mövsümün əsas hissəsini “Mizino”nun qara butslarında keçirib. Rafinya bildirib ki, 2016-da zədələnəndə adidas ona lazımı qədər dəstək göstərmədiyi üçün yeni müqavilə bağlamaq istəməyib.