"Barselona" klubu "Mançester Siti"nin kapitanı Vinsent Kompanini transfer etmək istəyir.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı belçikalı futbolçunu qış transfer pəncərəsi dövründə sıralarına qatmaq niyyətindədir. Transferin məbləği hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kompani 2008-ci ildə "Mançester Siti"yə transfer edilib. Təcrübəli müdafiəçi çıxdığı 300 oyunda 19 dəfə fərqlənib.