"Real"ın yarımmüdafiəçisi İsko qitənin aparıcı klublarından təklif alıb.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin ardınca, "Bavariya" və "Yuventus" futbolçuya elçi düşüb. Turinlilərin baş məşqçisi Massimiliano Alleqri xeyli vaxtdır bu keçid barədə düşünür. Münhenlilər isə İskonu Aryen Robben, Frank Riberi və Xames Rodriqesin əvəzinə gətirməyi planlaşdırır. Bu futbolçuların mövsümün sonunda Bavariya klubundan ayrılacağı gözlənilir.