Çinli investorlar İspaniyanın “Sevilya” klubu satın alırlar.
Offsideplus.az “Cadena COPE” radiosuna istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 300 milyon avro qiymətləndirirlir. Satınalma ilə bağlı yaxın günlərdə müqavilə bağlanılacağı gözlənilir.
Bildirilir ki, yeni sahibləri klubun idarəçilərini və əsas komandanın baş məşqçisi Pablo Maçini dəyişmək fikrində deyillər. “Sevilya” La Liqada 14 turdan sonra 27 xalla 2-ci pillədə qərarlaşıb və lider “Barselona”dan cəmi 1 xal geri qalır.
Qeyd edək ki, 1890-cı ildə təsis olunmuş “Sevilya” Avropa Liqasının rekord sayda - beşqat qalibidir.