“Lion”un futbolçusu Tanquy Ndombele karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Real” və “Barselona” 21 yaşlı futbolçunu transfer etmək niyyətindədir. Xəbərdə, hər iki klubun qış transfer pəncərəsi dövründə “Lion”la rəsmi danışıqlara başlayacağı bildirilir.
Ndombele cari mövsümdə “Lion” formasıyla 20 qarşılaşmada iştirak edərək, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
2018-ci ilin yayında 8 milyon avroya “Amyen”dən transfer edilən yarımmüdafiəçinin transfer dəyəri 35 milyon avrodur.
Ndombele 4 dəfə də Fransa millisinin şərəfini qoruyub.