“Barselona”nın müdafiəçisi Xerard Pike futbol klubu almaq fikrindədir.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Cosmos” sərmayə şirkətinin sahibi olan futbolçu eyni zamanda yeni turnir yaratmaq fikrindədir.

Ulduz futbolçu özü bu barədə açıqlama verib: “Biz iki proyekt üzərində işləyirik. Onlardan biri klub almaq, digəri isə yeni turnir yaratmaq və ya mövcud bir turnirin istifadəsidir. Bundan artıq nəsə demək istəmirəm”.

Qeyd edək ki, Pike həmçinin tennis üzrə “Devis kuboku”nun da sponsorlarından olmağı planlaşdırır.