“Real” Keylor Navasın müqaviləsinin müddətini artıracaq.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi 2020-ci ilə qədər müqaviləsi olan qolkiperlə yeni sözləşmə imzalayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə Navasın illik məvacibinin 5 milyon avro olacağı və onunla müddəti 2021-ci ilə qədər olan müqavilə bağlanacağı bildirilib.
“Real” “Çelsi”dən Tibo Kurtuanı transfer etdikdən sonra Navas “kral klubu”nun ikinci qapıçısı olub.