La Liqa prezidenti Xavyer Tebas PSJ və "Mancçester Siti"ni tənqid edib.

Offsideplus.az xəbər verir ki, prezident bu klubların feyr-play qaydalarını kobud şəkildə pozduğunu deyib. “ Hələ iki il bundan əvvəl demişdim ki, PSJ və "Mançester Siti" fırırldaqla məşğuldur. Yəni "Football Leaks"ın yaydığı xəbər mənim üçün sürpriz olmadı. Əsas odur ki, UEFA bu məsələyə biganə qalmasın. Qaydalar çərçivəsindən kənarda iş görmək futbolda intizama xələl gətirir. Hər iki klub cəzalandırılmalıdır. PSJ və "Mançester Siti" Çempionlar Liqasından ən azı bir illik uzaqlaşdırılsa başqalarına dərs olar. Hamı bilər ki, qaydalara əməl etmək vacibdir”,- La Liqa prezidenti bildirib.

Xatırladaq ki, Football Leaks nəşri bir sıra klubların maliyyə üzrə feyr-play qaydalarını pozduğunu idia edib. Bu məsələdə PSJ və "Mançester Siti"nin adı daha çox hallanır.