"Atletik Bilbao" hücumçu İker Munyainin müqaviləsini artırıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu 2024-cü ilədək klubda qalacaq. Əvvəlki müqaviləsi gələn ilin yayında başa çatırdı. Munyain bu mövsüm komandasının heyətində 11 matça çıxıb. 4 qol müəllifidir.

"Atletik" 12 turdan sonra turnir cədvəlində 17-ci pillədədir. Hücumçunun "Liverpul" və "Napoli"nin maraq dairəsində olduğu deyilirdi.