PSJ klubunun futbolçusu Adrian Rabyo yayda İspaniya "Barselona"sına keçməyə razılıq verib. 

Offsideplus.az  "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisinin nümayəndələri ilə danışığı müsbət yekunlaşıb.  

Qeyd edək ki, Rabyo 2012-ci ildən PSJ-də çıxış edir. O, komanda ilə birlikdə 4 dəfə ölkə çempionatının qalibi olub. Yarımmüdafiəçinin Paris təmsilçisi ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.