İspaniyanın “Real” klubu texniki sponsoru “Adidas”la yeni müqavilə barədə razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, anlaşma 10 il müddətinə nəzərdə tutulub. Madrid təmsilçisi bu müddətdə 1,1 milyard avro qazanacaq. Şirkət kluba hər il 110 milyon avro ödəyəcək.

Klub titul sponsoru “Fly Emirates”lə müqavilədən hər il 70 milyon avro qazanır. Bu isə “Real”ın təkcə geyimindən əldə edəcəyi illik qazancının 180 milyona çatması deməkdir.

Bu isə futbol tarixində rekorddur. “Barselona” 160 milyon qazancla 2-cidir. Kataloniya klubu “Rakuten”dən 55, “Nike”dən 105 milyon əldə edir.