"Real"ın futbolçusu Marko Asensio istefaya göndərilən sabiq baş məşqçisi Xulen Lopeteqi haqda danışıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Lopeteqiyə haqsız edildiyini söyləyib:
"Hər şey qaydasında olanda, hamı dünyanın ən yaxşısı olduğunu deyər. Vəziyyət pisləşən də isə ən pis olursunuz. Təndiqlərin böyük bir hissəsi doğrudur, amma jurnalistlərin necə işlədiyini yaxşı bilirik. Lopeteqiyə haqsızlıq etdi. Vacib anlarda uğurlu nəticə əldə edə bilmədik. Bütün məsələ şanssızlıqdan irəli gəlir. Nə deyəcəyimi bilmirəm, çox qarışıq bir məsələdir. O, "Real"da uğurlu olmaq üçün yetərincə şansa sahib deyildi".
Qeyd edək ki, X.Lopeteqi oktyabrın 30-u istefaya göndərilib.