Offsideplus.az sizə ağır zədələrdən və ağır xəstəliklərdən qurtulub yaşıl meydanlara qayıdan ən məşhur 3 futbolçunu təqdim edir:

Erik Abidal

"Barselona"nın heyətində məşhurlaşan Erik Abidala 2011-ci ildə qaraciyər xərçəngi diaqnozu qoyuldu. Həkimlər xərçəngi vaxtında aşkar etdiyindən Abidal bir neçə aya sağalaraq 2011-ci ildə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırır. Lakin sağaldıqdan sonra Abidal yenidən xəstələnir və ona donor tələb olunur. İlk könüllü onun komanda yoldaşı Dani Alveş olsa da, sonra donor kimi Abidalın qardaşı seçilir. Tam sağalandan sonra "Abidal Monaco"ya keçmişdi. Erik Abidal hazırda "Barselona"da idman direktoru kimi fəaliyyət göstərir.

Antonio Kassano

2001-ci ildə Bari klubunda ki inamlı çıxışından sonra bütün diqqətləri üzərinə çəkməyə bacaran gənc Kassano növbəti mövsüm paytaxtın "Roma" klubuna keçir. "Roma"da 5 mövsüm keçirtdikdən sonra "Real Madrid"ə yollanan Antonio burada məşqçilərlə yola getmədiyi üçün "Sampdoria"ya, daha sonra isə "Milan"a keçir. 2011-ci ildə Kassanonun ürəyində problemlər aşkarlanır və ona ölüm diaqnozu qoyulur. 6 aylıq müalicədən sonra Kassano sağalaraq yenidən yaşıl meydanlara dönməyi bacarır. Antonio 2017-ci ildə karyerasını bitirdiyi açıqlayıb.

Antonio Cassano, AC Milan | Ac milan

Tyaqo Silva

2005-ci ildə Moskva "Dinamo"suna keçən braziliyalı gənc Silvada tibbi yoxlanışından sonra tüberküloz (vərəm) xəstəliyi tapılır. "Dinamo"nun baş həkimi Yuri Vasilkov onu sağaltmağa köməklik edib. Tyaqo Silva "Dinamo"da 1 oyun belə keçirtmədən Braziliyaya qayıdır. Braziliyada "Fluminense"də iki mövsüm keçirdikdən sonra Tyaqo "Milan"a transfer olunur. 2012-ci ildə Fransanın PSJ klubuna keçir və hazırda da bu klubda forma geyinir.

Thiago Silva's Agent Says 'We Cannot Wait Forever' for PSG ...