Dortmund "Borussiya"sının "Zalsburq"dan yeni transfer etdiyi Erlinq Haland ilk günlərdən möhtəşəm çıxışı ilə adından söz etdirdi.

19 yaşlı İngiltərə doğumlu norveçli hücumçu qısa zaman kəsiyində ardıcıl oyunlarda fərqlənməklə adını Bundesliqa tarixinə yazdırmağı da bacardı. Gənc "vikinq" istedadlı futbolçu kimi artıq futbol dünyasında özünə yer edib. Ancaq onun futboldan kənarda da uğurları var imiş.

Xülasə, keçək mətləbə...

Halandın uzunluğa tullanma üzrə rekordçu olduğunu və yaxud Kristiano Ronaldonun pəhrizini saxladığını bilirdinizmi? Bu yazıda norveçli haqda 10 ən maraqlı faktı sizə təqdim etmək istərdik.

1.İngiltərə milli komandasını seçə bilərdi...

Erlinq Halandın atası Alf-İnq hələ o doğulmamışdan öncə İngiltərədə "Lids Yunayted" klubunun formasını geyinirdi. Yorkşir şəhərində dünyaya göz açan Haland da atasının yolu ilə getmək qərarına gəlir və Norveç millisini seçir. O, millidə ilk rəsmi oyununa ötən ilin sentyabrında çıxır.

nor

2.Ata və anası da idmançıdır

Erlinqin atasının futbolçu olduğu barədə biraz əvvəl bəhs etdik. Onun anası Qray Marita isə Norveçdə heptatlon adlı yarışda çempionluq yaşayıb.

7a766a70203d4548a575fb3dd1b66e7b500x5002x

3. Uzunluğa tullanma üzrə dünya rekordçusu

Səhv oxumadınız. Haland hələ 5 yaşında ikən eyni yaş kateqoriyasında uzunluğa tullanma üzrə dünya rekordu müəyyənləşdirib. Belə ki, 1 metr 63 sm uzunluğa "uçan" Erlinq burada yeni dünya rekorduna sahib çıxıb.

2779671 57377430 2560 1440

4.Futbola cinah oyunçusu olaraq başlayıb

Haland hazırda dünyanın ən yaxşı hücumçularından biri kimi tanınır. Ancaq, 2000-ci il doğumlu futbolçu karyerasının ilk dönəmlərində sol cinah yarımmüdafiəçisi olaraq çıxış edib.erling braut haaland salzburg 2019 20 1p5o5x1b05h1g1aocbx7ubyra0

5."Hoffenhaym" onu rədd etdi...

Haland 2016-cı ildə Almaniyanın "Hoffenhaym" klubunda baxışda olub. Ancaq Bundesliqa təmsilçisi ilə müqavilə imzalanmayıb. Səbəb isə klubun onun istədiyi aylıq məvacibi qəbul etməməsi olub. Erlinq aylıq 5 min avro maaş tələb edib, "Hoffenhaym" rəhbərliyi isə bu məbləğin maksimum 2 min avro olmasını istəyib. Beləliklə də keçid alınmayıb.

Erling Haaland

6."Yuventus"un Haland arzusu

Gənc futbolçunun adı bu yay İtaliya nəhəngi "Yuventus"la da hallanmışdı. Hər kəs Halandın "qoca sinyora"ya keçəcəyini gözləsə də, sonradan bu transfer baş tutmadı.

haaland

7.75 milyon avroluq sərbəst qalma məbləği

Almaniya mətbuatında yer alan xəbərlərə görə, Erlinq Halandın "Borussiya" ilə müqaviləsində 75 milyon avro dəyərində sərbəst qalma məbləğinin olduğu bildirilir.

hhh

8. Salahsayağı qol sevinci

Haland "Liverpul"un misirli ulduzu Məhəmməd Salahın qol sevincini də "mənimsəyib". Belə ki, 19 yaşlı hücumçu PSJ ilə ÇL matçında qol sevincini məhz Salah kimi qeyd edib ki, bu da diqqətlərdən yayınmayıb.

se

9.Kristiano Ronaldonun pəhrizi

Erlinqin atası Alf-İnq Haland oğlunun məşhur futbolçu Patris Evranın "Yuventus"un ulduzu Kristiano Ronaldonun evində yemək yediyini eşitdikdən sonra Halandın da məhz onun pəhrizini saxlamağa başladığını bildirib. Belə ki, Evra Ronaldonun evdə ona ancaq sadə bir toyuq, salat və su təklif etdiyini bildirib.

erling haaland dortmund hat trick

10. Ən çox sevdiyi musiqi

Halandın musiqi "pley-list"ində yer alan və ən çox dinlədiyi mahnı də diqqətlərdən yayınmayıb. Norveçli hücumçunun ən sevdiyi melodiya məhz Çempionlar Liqasının rəsmi himnidir.

1571896787 426663 1571896930 noticia normal recorte1

 

Daşqın ƏZİZ