“Zirə”nin Konfrans Liqasının pley-offunda keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, “Omoniya” ilə avqustun 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Görüş Kiprin Nikosiya şəhərində baş tutacaq. Qarşılaşma GSP stadionunda təşkil olunacaq.

“Zirə” – “Omoniya” matçının vaxtı da bəlli olub.

Avqustun 29-da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Görüş “Liv Bona Dea Arena”da baş tutacaq. Bu, təmsilçimizin cari mövsümdə avrokuboklardakı 4-cü ev sınağı olacaq.