Konfrans Liqasında "Osiyek"i məğlub edən "Zirə" pley-off mərhələsində "Omoniya" ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, oyunlar 22-29 avqustda baş tutacaq.

 İlk oyun səfərdə, cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, "qartallar" əsas və əlavə vaxtı 2:2 hesabla yekunlaşan oyunda penaltilər seriyasında Xorvatiya komandasını 2:1 hesabla məğlub edib və mərhələ adlayıb.