"Sumqayıt" Konfrans Liqasının II Təsnifat mərhələsində ümumi hesabda (1:2, 0:0) "Fehervar"a məğlub olaraq, mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasovun 0:0 hesabla yekunlaşan oyunla bağlı fikirlərini bölüşüb:
"Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, bir sıra itkilərimiz var idi. İsa Sulimanın zədələnməsi, üstəlik ilk oyundakı hakim səhvləri… Çox şeyi dəyişib bu matça çıxmalı idik. Başqa variantla yanaşmalı olduğumuzu düşündük. Çox üzülürəm. Bu püşk atılandan öncə də futbolçularıma da rəqib fərqini qoymamışdım. Düşünürdük ki, azı bir mərhələ keçərik. Əfsuslar olsun, mənim hər dəfə başıma gələn eyni situasiya təkrarlanır… Futbolçularım nəyə gücləri çatdısa, etdi. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik", Abasov qeyd edib.