"Sumqayıt" bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək.
"Kimyaçılar"ın rəqibi Macarıstanın "Fehervar" kollektivi olacaq. Azərbaycan yığmasının sabiq üzvü Əfran İsmayılov Offsideplus.az-a açıqlamasında Macarıstan klubu ilə oyunda "Sumqayıt"ın şanslarını dəyərləndirdi:
"İlk oyunlar hər zaman ağır olur. Lakin nəzərə almaq lazımdır ki, komanda azarkeşlər önündə oynayır. Bu, "Sumqayıt"ın üstünlüyüdür. Stadion dolu olacaq. Rəqibə təzyiq göstərə bilərlər. Samir Abasov yaxşı komanda qurub. Özlərinə uyğun tərzləri var. İnanıram ki, oyunları alınsa, qələbə qazana biləcəklər. Rəqibin gücü məlumdur. Amma futbolda bütün nəticələrin qeydə alınması mümkündür. Futbolçular baş məşqçinin tələblərini yerinə yetirsə, nəticə ürəkaçan olacaq.