"Sumqayıt" bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
"Kimyaçılar"ın rəqibi Macarıstanın "Fehervar" klubudur. Samir Abasovun komandası minimum bir mərhələ keçməyi hədəfləyir. Rəqibin heyətinin ümumi dəyəri 12.9 milyon avrodur. "Sumqayıt"da isə bu göstərici 7.65 milyon avrodur.
"Fehervar" 2022-ci ildə Konfrans Liqasında "Qəbələ" ilə qarşılaşıb. Macar təmsilçisi iki oyunun nəticəsinə görə təmsilçimizi məğlub etməyi bacarıb - 5:3.
Samir Abasovun kollektivi üçün matçın çətin keçəcəyi gözlənilir. Lakin nəzərə almaq lazımdır ki, "Sumqayıt" dolu tribunalar qarşısında rəqibini qəbul edəcək. "12-ci oyunçunun" dəstəyi ilə "kimyaçılar" rəqibi üstələyə bilər.