Bu gün "Sumqayıt" Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"ı qəbul edəcək.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu saata qədər 8000 bilet satılıb.

Klub oyun saatında qədər bütün bileylərin satılacağı ehtimalını nəzərə alaraq azarkeşlərə müraciət edib.

Sıxlığın qarşısını almaq üçün tərəfdarlardan 18:00-dan etibarən yerlərini tutmağı tövsiyə olunub.

Matç 20:00-da start götürəcək.